Göyçayda bağban xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, Şəmkir rayon sakini, 46 yaşlı Altay Zeynalov Göyçay rayonunun Yalman kəndində bağ sahəsində işləyərkən qəfil halı pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Onun qəfil ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.