Polşa hakimiyyəti Litva ilə Ukraynadan taxıl üçün nəzarət prosedurlarını Polşa-Ukrayna sərhədindən Litva limanına köçürmək barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus bildirib.
"Biz vacib bir məsələdə razılığa gəldik. Sabahdan etibarən Litvadan tranzit keçən Polşa-Ukrayna sərhədindən taxıla nəzarət Litva limanında həyata keçiriləcək", - deyə o, bu qərarı "həmrəylik dəhlizinin" gücləndirilməsi adlandırıb.