Oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma aparılır.