Bazar ertəsi İstanbul hava limanında üçü Türkiyədən Rusiyaya həyata keçirilən ən azı 19 beynəlxalq reys ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, “Hürriyet” qəzetinin məlumatına görə, buna bir neçə gündür davam edən leysan yağışları səbəb olub.
Hava limanının rəsmi saytındakı uçuş məlumatlarına görə, Red Wings Airlines-ın Domodedovo hava limanına Moskva vaxtı ilə saat 13:00-a planlaşdırılan reysi bazar ertəsi ləğv edilib. Həmçinin Moskva vaxtı ilə saat 14:30-da Vnukovo hava limanına uçmalı olan Azimut aviaşirkətinin reysi və Moskva vaxtı ilə saat 15:15-də Jukovski hava limanına Red Wings reysi də ləğv edilib.