Şəkidə 85 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb

10:32 - 2 Oktyabr 2023 - HADİSƏ

Şəkidə 85 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, hadisə Şəki şəhərində baş verib. Şəki şəhər sakini, 1938-ci il təvəllüdlü Əliəsgər Veysəl oğlu Mustafayev kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 85 yaşlı kişinin sirkə turşisundan zəhərləndiyi məlum olub. Ə.Mustafayev xəstəxanaya daxil olduqdan bir neçə saat sonra ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti