Salyanda yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində - Akkuşa çayının yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü Kənan Namiq oğlu Aslanzadə, Salyan rayon sakinləri - 2002-ci il təvəllüdlü Aydın Əmrah oğlu Sadıqov, 1990-cı il təvəllüdlü İsmayıl Rasim oğlu Qayıbov və 1981-ci il təvəllüdlü Alim Ağabala oğlu Novruzov müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.