Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
32-BE-883 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə "Lada Priora" işıq dirəyinə çırpılıb.
Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib.
Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.