"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan "Marsel"i çalışdıra bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə France Bleu məlumat yayıb.
Məlumata görə, fransalı mütəxəssis "Marsel"in layihəsindən razı deyil və hazırda klubun müstəqil şəkildə yüksək hədəflərə çata biləcəyinə inanır.
Qeyd olunur ki, Zidan “Marsel”in Səudiyyə Ərəbistanından olan şeyxlər tərəfindən alınacağı təqdirdə baş məşqçi olmağa hazır olduğunu açıqlayıb.