129 nəfərin qalıqları Qarabağdan Ermənistana aparılıb

20:13 - 27 Sentyabr 2023 - Xəbər

Saat 18:00-a olan məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış 53 629 erməni Ermənistana gedib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, həmçinin Xankəndi yaxınlığındakı yanacaq anbarındakı yanğında və həmçinin lokal antiterror əməliyyatı zamanı yaralananların hamısı - 349 nəfər Ermənistana aparılıb.

Bundan əlavə Baş nazirin müavini Tiqran Xaçatryanın ofisinin məlumatına görə, 129 nəfərin qalıqları Qarabağdan Ermənistana aparılıb.

Xəbər xətti