Rusiya XİN Ermənistanla münasibətlərin kəskinləşməsinə münasibət bildirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə Rusiya Ermənistanla münasibətlərin kəskinləşməsinə heç vaxt səbəb olmayacaq.
"Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə qayğı ilə yanaşıb və heç vaxt onların kəskinləşməsinin təşəbbüskarı olmayıb. Ən çətin vəziyyətlərdə Ermənistan xalqına dəstək olmaq üçün əlindən gələni etdi. Bundan sonra da belə olacaq.
Biz ondan çıxış edirik ki, ikitərəfli əməkdaşlığın inkişafına dair bütün sazişlər bundan sonra da iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq həyata keçiriləcək" - XİN sözçüsü qeyd edib.