Ərdoğan Naxçıvan səfərindən danışdı

21:18 - 26 Sentyabr 2023 - Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Ankarada ölkə kabinetinin toplantısı keçirilib.

İclasdan sonra mətbuata açıqlamalar verən dövlət başçısı Naxçıvana səfərindən danışıb, Qarabağın Azərbaycan torpağı olduğunu bir daha xatırladıb.

“Dünən dövlətimizin banisi olan Mustafa Kamal Atatürkün “Türk dünyasının qapısı” adlandırdığı Naxçıvanda qardaşlarımızı ziyarət etdik. Səfərimiz strateji anlaşmalarla yanaşı, həm də mühüm mesajlar verdi. Doğma topraqlarını terrorçu ünsürlərdən təmizləyən müzəffər Azərbaycan Ordusunu bir daha təbrik edirəm. Ermənistanın bundan sonrakı inkişafı yalnız qonşuları ilə dinc münasibətlərindən asılıdır”, - deyə dövlət başçısı bəyan edib.

O, çıxışında Zərngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq yeni infrastrukturun Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirəcəyini qeyd edib.///oxu.az

Xəbər xətti