Nepallı alpinist rekorda imza atıb

17:19 - 26 Sentyabr 2023 - MARAQLI

Məşhur nepallı alpinist Kami Rita 42-ci dəfə hündürlüyü ən azı 8 min m olan zirvəyə qalxaraq ona məxsus dünya rekordunu yeniləyib.

Ucnoqta.az xəbər verir ki, Nepalın “The Himalayan Times” qəzetinə görə, alpinist səkkizinci ən yüksək zirvəyə Manaslu (8.163 m ) qalxıb. 

Nəşr qeyd edir ki, 53 yaşlı Rita səkkiz min qalxma sayına görə tanınmış rekordçudur. “Kami Rita digər alpinistlərlə birlikdə Manaslu dağının zirvəsinə səhər saat 8:10-da çatıb. Manasluya dırmaşmaq Kami Ritaya ən uğurlu səkkiz minlik titul qazandırıb" - şirkətin direktoru Tasha Lakpa jurnalistlərə bildirib.

May ayında Rita 28-ci dəfə dünyanın ən hündür zirvəsi olan Everestə (dəniz səviyyəsindən 8848 m hündürlükdə) qalxaraq özünün müəyyən etdiyi dünya rekordunu qırıb.

Xəbər xətti