Sürət qatarının gecikməsinin səbəbi AÇIQLANDI

10:44 - 26 Sentyabr 2023 - SİYASƏT

Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən qatarda kondisioner işləməyib:

“Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür”.

Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına beş dəqiqə gecikmə ilə çatıb.

Xəbər xətti