İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən Mati şəhərindən 285 km cənub-şərqdə yerləşib. Mənbə 100 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.