2024-cü ildə Varşava Polşa tərəfinin sifarişi çərçivəsində bu avadanlıqların tədarükü başlamazdan əvvəl Amerika ehtiyatından AH-64E "Apache" helikopterlərini alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Mariuş Blaşçak brifinqdə məlumat verib.
Nazirin sözlərinə görə, o, həmçinin Amerika istehsalçısı Lockheed Martin ilə Polşa müdafiə sənayesinə, xüsusən də Apache helikopterləri ilə xidmətdə olan radarları və istiqamətləndirmə sistemlərini təmir etmək imkanı verən ofset müqaviləsi imzalayıb.