ABŞ-ın iki ştatı Şimali Karolina və Virciniyanı su basıb.
Ucnoqta.az xarici mətbuata stinadən xəbər verir ki, siklon güclü yağışlar gətirib və bu, irimiqyaslı daşqınlara səbəb olub.
Ştatlarda fövqəladə vəziyyət elan edilib. Binaları, avtomobilləri və küçələri su basıb, küləyin sürəti saatda 113 kilometrə çatıb. Şimali Karolinada yıxılan ağacların elektrik xətlərinə ziyan vurması nəticəsində on minlərlə ev işıqsız qalıb. "Ofeliya" Atlantikanın şərqində qeydə alınmış ən güclü qasırğa kimi tanınıb.