Rusiyada Ermənistandan çox erməni yaşayır - Peskov

14:00 - 25 Sentyabr 2023 - DÜNYA

Moskva Ermənistanın baş naziri ilə təmaslarını davam etdirəcək
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Peskov qeyd edib ki, Rusiya Federasiyası Paşinyanla təmasları və Qarabağ ermənilərinin bütün hüquqlarına hörmət etmək üçün fəaliyyətini davam etdirəcək.

"Ermənistan bizim müttəfiqimiz, yaxın dövlətimiz olaraq qalır. Ermənistan bizə yaxın xalqdır. Bilirsiniz ki, bizdə Ermənistanın özündən çox, daha çox erməni yaşayır. Biz öz funksiyalarımızı yerinə yetirməkdə davam edəcəyik, onlarla dialoqu davam etdirəcəyik. Ermənistan tərəfi, o cümlədən Paşinyanla və biz çalışacağıq ki, Qarabağ sakinlərinin, yəni Qarabağ ermənilərinin bütün hüquqlarına hörmət edilsin”, - Kreml nümayəndəsi bildirib.

Xəbər xətti