Türkiyə Prezidenti Naxçıvana yola düşüb

12:48 - 25 Sentyabr 2023 - Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfərə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, Prezident Ərdoğan Azərbaycanın Naxçıvana bir günlük səfər edəcək. O, Azərbaycan prezidenti Əliyevlə birlikdə İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək. Hər iki lider daha sonra Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəklər.

Ərdoğan və Əliyev arasında ikitərəfli görüş də olacaq. Görüşdə iki ölkə arasındakı əlaqələrlə yanaşı, Zəngəzur dəhlizində və Qarabağda qanunsuz erməni qüvvələrinə qarşı aparılan antiterror əməliyyatı da dəyərləndiriləcək.

Xəbər xətti