ABŞ İsrail vətəndaşları üçün vizasız rejimi təsdiqləyəcək

08:58 - 25 Sentyabr 2023 - DÜNYA

ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailin vətəndaşlarının ölkəyə vizasız daxil ola biləcəyi ölkələr siyahısına daxil edilməsi ilə bağlı müraciətini təsdiqləməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika isteblişmentindəki mənbələrə istinadən ABC News məlumat yayıb.

Məlumata görə, qərarı ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas dövlət katibi Antoni Blinkenin tövsiyəsini aldıqdan sonra cümə axşamı rəsmi olaraq elan edəcək. İsrail vətəndaşlarının ABŞ-a vizasız girişi məsələsi Baydenin Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə BMT Baş Assambleyası çərçivəsində danışıqları zamanı müzakirə etdiyi mövzulardan biri olub.

Xəbər xətti