Qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb: Hazırda Azərbaycanda ...

15:48 - 18 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Dünyada COVİD yeni ştammlarının sürətlə yayılması narahatlıq doğurur. Hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev bildirib ki, COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar: 

"Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur. Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir" - mütəxəssis qeyd edib.

Xəbər xətti