Zelenski və Duda sabah Nyu-Yorkda görüşəcək

15:42 - 18 Sentyabr 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski və Polşa prezidenti Anjey Duda sentyabrın 19-da Nyu-Yorkda görüşməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Country Politics” Telegram kanalı məlumat yayıb.

"Görüş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində baş tutacaq", - nəşr yazır.

Duda qeyd edib ki, liderlər Polşa tərəfindən birtərəfli qaydada bloklanan Ukrayna taxılının ixracını müzakirə etmək niyyətindədirlər.

Xəbər xətti