Çin Almaniyaya nota verib

13:01 - 18 Sentyabr 2023 - DÜNYA

Çin Almaniyanın xarici işlər naziri Annalena Barbokun Çin prezidenti Si Cinpini “diktator” adlandırdığı bəyanatına görə Almaniyaya etiraz göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi sədri Mao Ninq məlumat verib.

"Çin Almaniya tərəfinin məsuliyyətsiz, faktlara zidd, diplomatik protokolu pozan və siyasi təxribat xarakterli bəyanatlarını pisləyir və rədd edir. Çin artıq diplomatik kanallar vasitəsilə etirazını bildirib", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Sentyabrın 15-də Burbok Fox News-a verdiyi müsahibədə aparıcının Ukrayna böhranının nəticəsi ilə bağlı sualına cavabında Qərb ölkələrinin Kiyev hakimiyyətini “lazım olduğu müddətcə” dəstəkləyəcəklərini bildirib və Rusiyanın qalib gələcəyi təqdirdə bu, Si Cinpin kimi diktatorlara siqnal verəcək" - fikrini deyib. 

Xəbər xətti