İspaniyanın qadınlardan ibarət futbol yığmasına çağırılan futbolçular millinin olduğu yerə gəlmək niyyətində deyillər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” “Cadena SER” radiostansiyasına istinadən məlumat yayıb.
Bildirilir ki, qadın futbolçular ölkədə futbol sistemində daha əsaslı islahatlara nail olmaq istəyirlər və buna görə də milli komandanı boykot etməyə davam edəcəklər. Relevo portalı futbolçuların İspaniya Kral Futbol Federasiyasının (RFEF) bir neçə rəsmisinə etimad göstərmədiyini bildirib.
İspaniya Kral Futbol Federasiyasının keçmiş sədri Luis Rubiales sentyabrın 15-də qadınlardan ibarət milli komandanın oyunçusu Cennifer Hermoso ilə öpüşmə ilə bağlı iş üzrə ifadə verməyə çağırılmışdı. Sentyabrın 10-da Rubiales RFEF-in sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.