ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın yeni ərazilərdə təşkil etdiyi seçki prosesində iştirak edən beynəlxalq müşahidəçilərə qarşı sanksiyalarla hədələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Biz Rusiyanın Ukraynadakı seçkilərini dəstəkləyə biləcək hər hansı şəxslərə, o cümlədən qondarma “beynəlxalq müşahidəçi” kimi fəaliyyət göstərərkən onlara sanksiyalar və viza məhdudiyyətlərinə məruz qala biləcəyini xatırladırıq”, - Dövlət Departamentinin bəyanatında deyilir.
Blinken ABŞ-ın bu seçkinin nəticələrini heç vaxt qəbul etməyəcəyini vurğulayıb.