Təxminən 85 amerikalı hərbçi ABŞ və Ermənistan arasında “Eagle Partner 2023” adlı birgə təlimlərdə iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığı məlumat yayıb.
Sentyabrın 11-dən 20-dək keçiriləcək təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edəcək. Təlimlərə ABŞ-ın 101-ci hava-desant diviziyasının 1-ci briqadasının və Ermənistanın 20 ildən artıq tərəfdaşlıq proqramına malik olduğu Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.