Sentyabrın 8-nə keçən gecə RF Silahlı Qüvvələri 20 Şahed kamikadze pilotsuz uçan aparatı ilə Ukraynaya hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, pilotsuz təyyarələr Krım və Primorsko-Axtarskdan buraxılıb. Kamikadze pilotsuz təyyarələrinin hədəfi Odessa bölgəsi olub.
Hava hücumundan müdafiə qüvvələri Odessa və Nikolayev vilayətləri üzərində səmada 16 pilotsuz uçan aparatı məhv etməyə müvəffəq olub.