Futbol üzrə Argentina milli komandası 2026-cı il dünya çempionatının Cənubi Amerika seçmə turnirinin ilk mərhələsi çərçivəsində öz meydanında Ekvadoru 1:0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, görüş Buenos-Ayresdə baş tutub.
Qolu 78-ci dəqiqədə Lionel Messi vurub. Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı son 12 matçdan 11-də qol vurub.