Netanyahu Zelenski ilə İsrailin Ukraynaya yardımını müzakirə edib

20:40 - 7 Sentyabr 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbətin əsas mövzusu İsrailin Ukraynaya davamlı humanitar yardım göstərməsi olub.

"Liderlər İsrailin Ukraynaya, o cümlədən İsraildəki ukraynalı qaçqınlara davamlı yardımını, həmçinin hava hücumundan əvvəl xəbərdarlıq sistemlərinin inkişafı və təşviqində yardımı müzakirə ediblər", - bəyanatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, İsrailin Kiyevə yardımı ilə yanaşı, Netanyahu və Zelenski İsrailli Hasidimə bu il sentyabrın ortalarında baş tutmalı olan ənənəvi illik həcc ziyarəti üçün Ukraynanın Uman şəhərinə getmək imkanının təmin edilməsi problemini müzakirə ediblər.

Xəbər xətti