Ermənistanın müdafiə naziri Suren Papikyan Kiprə səfərini təxirə salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kipr hökumətinin mətbuat və informasiya bürosunun yaydığı bəyanatda deyilir.
"Müdafiə naziri Mixalis Yorqallas Papikyanın Kiprə planlaşdırılan səfərinin təxirə salınması ilə bağlı bu gün erməni həmkarı ilə telefon danışığı aparıb” - məlumatda deyilir.
Eyni zamanda, hərbi idarələrin rəisləri yaxın vaxtlarda görüş keçirmək üçün qarşılıqlı istəklərini bildirdilər.
Söhbət zamanı Cənubi Qafqaz və Şərqi Aralıq dənizi regionunda baş verən hadisələrlə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.