Zambiyanın keçmiş prezidenti Ester Lunqunun həyat yoldaşının tərəfdarları onun yerləşdiyi polis idarəsi qarşısında toplaşmağa başladıqdan sonra həbsdən azad edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Zambiyanın Lusaka Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ester Lunqu paytaxt Lusakanın polis bölməsində dindirildikdən sonra saxlanılıb. O, qohumunun üç avtomobilini oğurlamaqda, torpaq sahəsinə dair sənədi oğurlamaqda və cinayət əmlakına sahib olmaqda ittiham olunur. Müstəntiqlər eks-prezident Edqar Lunqa həbsxanada arvadını ziyarət etməyə icazə veriblər.
Zambiyanın keçmiş birinci xanımının həbsi xəbəri sosial şəbəkələrdə geniş yayıldıqdan sonra Edqar Lunqunun başçılıq etdiyi müxalif Vətənpərvər Cəbhə partiyasının fəalları polis idarəsi qarşısında toplaşmağa başlayıblar.
İş üzrə istintaq davam edir.