Yaponiya ilk Aya eniş aparatı ilə gücləndirici raket buraxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) bildirib. Məlumata görə, buraxılış sentyabrın 7-də həyata keçirilib. Missiya uğurlu olarsa, Yaponiya Aya kosmik gəmi endirən beşinci ölkə olacaq.
SLIM Ay modulunu və ABŞ-ın XRISM peykini daşıyan H2A daşıyıcı aparatı Kaqoşima prefekturasının cənub-qərbindəki Taneqaşima Kosmik Mərkəzindən qalxıb.
XRISM buraxılışdan təxminən 14 dəqiqə 9 saniyə sonra, SLIM isə buraxılışdan təxminən 47 dəqiqə 33 saniyə sonra uğurla ayrılıb. SLIM modulunun Aya enməsi 3-4 aya gözlənilir.