"Real Betis"in və Argentina millisinin keçmiş futbolçusu German Pessella Lionel Messinin milli komandada mümkün qədər uzun müddət oynamağa davam edəcəyinə ümid etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TyC Sports yazıb.
“Argentinalı və komanda yoldaşı kimi nə deyə bilərəm? Ümid edirəm ki, o, daha 20 il millidə oynayacaq - bu, şəxsi qərardırsa, təbii ki, bundan sonra da davam edib-etməyəcəyini bilir. Əgər ona deməliyəmsə, onunla mate içmək üçün oturub deyəcəyəm: "Zəhmət olmasa, daha uzun illər oynamağa davam edin" - Pessela deyib.