ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Kiyevə 1 milyard dollardan çox əlavə yardım edəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
"Bu gün biz ümumi məbləği 1 milyard dollardan çox olan yeni yardımı elan edirik, o cümlədən hərbi və mülki yardım üçün 665,5 milyon dollar", - o, qeyd edib.