"Bunlar böyük fantaziyalardır" - Rusiya XIN

22:11 - 6 Sentyabr 2023 - DÜNYA

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın NATO-ya üzv ola biləcəyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırıb.

Ucnoqta.az xəbər verir ki,Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Aİ-də Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırıb.

"Bunlar böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik", - o, TASS-a bildirib.

Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər.

Xəbər xətti