Moldova Müdafiə Nazirliyi ölkədə ABŞ və Rumıniya ilə birgə birləşmiş hərbi təlimlərin keçirildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.
Təlimlərdə Moldova, Rumıniya və ABŞ-dan 500-ə yaxın hərbçi iştirak edəcək.
“Tədbirlər çərçivəsində Milli Ordunun texniki hissəsi, eləcə də yüngül silahları və artilleriya sistemləri cəlb olunacaq”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.