Slovakiya hökuməti Macarıstandan ölkəyə daxil olmağa çalışan qeyri-qanuni mühacirlərlə mübarizədə polisə kömək etmək üçün 500-ə qədər əsgər verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə aktuality.sk internet portalı məlumat yayıb.
"Son zamanlar qeyri-qanuni miqrasiyanın açıq-aşkar artımı var və söhbət 2021-ci ildən 2015-ci ildə miqrasiya böhranı adlanan dövrdə qeyri-qanuni miqrasiya rəqəmlərini xeyli üstələyən rəqəmlərdən gedir", - Slovakiya Müdafiə Nazirliyinin katibi Marian Mayer portala bildirib.
Bildirilir ki, hərbçilər polisə strateji obyektlərin mühafizəsində kömək edəcək, onlarla birlikdə sərhəddən keçən nəqliyyat dəhlizlərinə nəzarət edəcək.