Rusiyada sərnişin təyyarəsi quşla toqquşub

15:49 - 6 Sentyabr 2023 - DÜNYA

Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin sərnişin təyyarəsi havada quşla toqquşub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb. Məlumata görə, nəticədə mühərri zədələnib

Laynerin Qırğızıstandan Rusiyaya uçduğu bildirilir. Moskva vilayətinin Jukovski hava limanına enəndən sonra gəmiyə baxış keçirilib və vurulan quşun izləri aşkarlanıb. Zərbə nəticəsində iki mühərrik pəri zədələnib.

Xəbər xətti