ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya gedərkən Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdüyünü bildirib.
Ucnoqta.az xəbər verir ki, Blinken bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. Tərəflər Kiyevə yardımı müzakirə ediblər.
"Ukraynaya səfər edərkən Danimarkanın baş naziri Frederiksenlə yaxşı görüş keçirdim. Mən ona Danimarkanın Ukraynanı dəstəkləməkdə liderliyinə görə təşəkkür etdim. ABŞ-Danimarka münasibətləri həmişəkindən daha vacibdir, çünki biz Ukraynanı dəstəkləmək və transatlantik təhlükəsizliyi gücləndirmək üçün birlikdə işləyirik", - o yazıb.