Ali Rada Rustem Umerovun Ukraynanın müdafiə naziri təyin edilməsinə razılıq verib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna parlamentinin deputatları Rustem Umerovun müdafiə naziri təyin edilməsini təsdiqləyib. Umerovun namizədliyini 338 deputat dəstəkləyib, biri bitərəf qalıb, digər 21 deputat səsvermədə iştirak etməyib.
Umerov bu vəzifədə 2021-ci ilin noyabrından Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik edən Oleksiy Reznikovu əvəz edib.