Türkiyənin "Yukatel Adana Dəmirspor" "Qarabağ"da çıxış edən 29 yaşlı qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə qatmağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Bildirilir ki, komanda Azərbaycan millisi və “Qarabağ”ın 29 yaşlı qapıçısı Şahruddin Məhəmmədəliyevlə 2+1 illik razılığa gəlib.
Adana komandasının Məhəmmədəliyev üçün təzminat ödəməyəcəyi qeyd edilir. Azərbaycanlı qolkiper mavi vərəqə səbəbindən ölkədaxili statusda çıxış edəcək.
Qeyd edək ki, Türkiyədə yay transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.