Bakıda Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Belçika oyunu üçün hakim təyinatları açıqlanıb.
Ucnoqta.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı serbiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Nenad Minakoviçə həmyerliləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 9-da saat 17:00-da "Dalğa Arena"da keçiriləcək start götürəcək.