Kiyev “Taurus” raketlərindən ölkə hüdudlarından kənarda istifadə etməyəcək - Kuleba

12:10 - 6 Sentyabr 2023 - DÜNYA

“Ukrayna öz ərazisinin bir kvadrat metrindən belə imtina etməyəcək”.
Ucnoqta.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Welt” telekanalına müsahibəsində deyib.

Nazir əmin edib ki, Almaniyadan uzaqmənzilli “Taurus” raketləri alarsa, Kiyev onları ölkəsinin beynəlxalq tanınmış sərhədləri xaricində istifadə etməyəcək.

“Mən Almaniya kansleri Olaf Şolza təzyiq etmək istəməzdim, lakin ümid edirəm ki, qərar tez bir zamanda veriləcək, nəinki bir neçə aydan sonra”, - Kuleba vurğulayıb.

“Ukrayna öz ərazisinin bir kvadrat metrindən də imtina etməyəcək” - XİN rəhbəri Rusiya ilə danışıqların mümkünlüyünə toxunarkən deyib.

Xəbər xətti