ABŞ Konqresi Polşaya AH-64E Apache helikopterlərinin və digər sistemlərinin potensial satışına 12 milyard dollara icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak deyib.
Nazir qeyd edib ki, biz Polşaya 96 "Apaçi" helikopterini radarlar və silahlarla birlikdə satmağa ABŞ Konqresinin razılığını almışıq. İndi biz qiymətlə bağlı danışıqlara başlayırıq.
Dövlət Departamenti avqustun 21-də Polşaya AH-64E Apache helikopterlərinin mümkün satışına icazə verib.