Dövlət Departamenti: ABŞ Şimali Koreyanı Rusiyaya silah tədarükünü dayandırmağa inandırmaq istəyir
Vaşinqton Moskva və Pxenyan arasında müdafiə xəttində əməkdaşlıqda irəliləyiş görür, lakin KXDR-i Rusiya tərəfini silahla təmin etmək planlarından imtina etməyə inandırmağa davam edəcək. Ucnoqta.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Təhlillərimiz göstərir ki, KXDR və Rusiya arasında müdafiəyə dəstək üzrə danışıqlar indi irəliləyir... Lakin biz Şimali Koreyalıları addım atmamağa inandırmaq üçün imkanlar axtarmağa davam edəcəyik” - o, deyib.