ABŞ prezidenti Co Bayden Hindistanda respublikanın baş naziri Narendra Modi ilə danışıqlar aparacaq
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Həmçinin G20 sammitində inkişaf etməkdə olan ölkələrə yardım, iqlim və texnologiya mövzularına toxunacaq.
Sallivan qeyd edib ki, Dünya Bankı və BVF-nin fəaliyyəti də sammit iştirakçılarının diqqət mərkəzində olacaq.
"Biz həmçinin G20-nin daimi üzvü kimi Afrika İttifaqını hərarətlə qarşılamağı səbirsizliklə gözləyirik. İnanırıq ki, Afrika İttifaqının səsi G20-ni gücləndirəcək", - Ağ Evin sözçüsü əlavə edib.