Səudiyyə Ərəbistanı gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını (b/d) 2023-cü ilin sonuna qədər uzatmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verri ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən Səudiyyə Press Agentliyi məlumat yayıb.
Bundan əvvəl könüllü azalma əvvəlcə iyul ayı üçün hesablanıb, sonra avqust və sentyabr aylarına qədər uzadılıb. Eyni zamanda, məlumatda qeyd olunduğu kimi, həm hasilatın daha da azaldılması, həm də onun artırılmasına baxılması üçün istehsalın azaldılması qərarına hər ay yenidən baxılacaq.