Dəməşqdə baş verən partlayış nəticəsində azı 9 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, Dəməşqin şimal-qərbindəki El Mazza bölgəsindəki restoranda qaz balonu partlayıb. Hazırda azı doqquz zərərçəkən məlumdur, onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilmir.