Almaniya Ukraynaya "Gepard" üçün yeni istehsaldan minlərlə mərmi verib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin “Gepard” özüyeriyən zenit silahları üçün yeni istehsal edilən minlərlə sursatı Ukraynaya təhvil verdiyini bildirib.
"Ukraynadakı müharibə demək olar ki, hər gün bizə xatırladır ki, bizim ölkənin müdafiəsi hava hücumundan müdafiə və kifayət qədər sursatdan asılıdır. Gepard sursatlarının istehsalının bərpası ilə biz diqqətimizi bu iki mühüm aspektə yönəldirik", - müdafiə naziri Boris Pistorius bildirib.
Nazir əmin edib ki, Almaniya Ukraynaya onun güclü tərəfləri olan artilleriya, sursat və yerüstü hava hücumundan müdafiə sahələrində dəstəyini davam etdirəcək.