Rusiya regiondan getməyə hazırlaşmır - Peskov

13:10 - 5 Sentyabr 2023 - DÜNYA

Moskva Paşinyanın bəyanatları ilə razılaşmır

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regiondan getməyə hazırlaşmır və çıxa da bilməz" - Peskov bildirib.

Peskov əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin sabitləşməsi üçün təhlükəsizlik təminatçısı rolunu oynamağa davam edəcək.

Xəbər xətti