Yaponiya Çinə etiraz etdi

12:08 - 5 Sentyabr 2023 - DÜNYA

Yaponiya hökuməti Çinin Senkaku (Diaoyu) adalarının yer aldığı xəritənin dərc edilməsinə görə Çin hakimiyyətinə etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.

O, rəsmi Tokionun Pekinin bəzi ölkələri artıq qəzəbləndirən hərəkətlərini narahatlıqla izlədiyini və diplomatik kanallar vasitəsilə etiraz edildiyini bildirib.

Yeni xəritə avqustun 28-də Çin Təbii Sərvətlər Nazirliyi tərəfindən buraxılıb.

Xəbər xətti